Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Velosiped oğrusunun cibindən heroin çıxdı

Paytaxtın Səbail rayonunda müxtəlif ticarət mərkəzlərinin və parkların qarşısında velosiped oğurlayan şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən zərərçəkən şəxslərdən daxil olan şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Suraxanı rayon sakini Hüseyn Şahbazlı tutulub.

O, ifadəsində Səbail rayonunun inzibati ərazisindən 10-a yaxın velosiped oğurladığını bildirib. Araşdırma zamanı Hüseyn Şahbazlının oğurladığı velosipedlərin bir neçəsini dəyər-dəyməzinə satdığı məlum olub.

Velosipedlərdən bəziləri isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, saxlanılan zaman Polis Bölməsində Hüseyn Şahbazlının üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin də aşkar olunaraq götürülüb.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »