Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan səfiri: Ümid edirəm, Rusiya müharibəni dayandırar

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyan Ria Novosti-yə verdiyi açıqlamada Rusiyanın köməyinə ümid etdiklərini bəyan edib. O hazırda regionda geosiyasi xəritənin dəyişdiyini, Türkiyənin regiona yeni , güclü oyunçu olaraq daxil olduğunu xüsusilə vurğulayıb.

"İyul hadisələrindən sonra Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində reallıq dəyişib.Bu reallıq da ondan ibarət idi ki, indi Cənubi Qafqazda üçüncü oyunçu Türkiyə də meydana çıxıb. Bu NATO ölkəsi Azərbaycanı aktiv dəstəkləyir.Rusiya bizim aramızda həmişə balanslı siyasət yürüdüb.Mən ümid edirəm Rusiya hərbi əməliyyatların dayandırılmasına nail olacaq ",- deyə erməni səfir bəyan edib.

Hər zamankı havadarlarına arxayın olan erməni səfir Rusiya və Minsk qrupunun himayəsi altında yenidən danışıqlar masası arxasına oturmağın vacibliyini söyləyib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »