Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Düşmənin silahlandığı və Azərbaycanın ard-arda məhv etdiyi “Osa” ZRK barədə

9K33 “Osa” (NATO təsnifatına görə: SA-8 “Gecko” (Gekkon)) — özüyeriyən zenit raket kompleksidir.

Kompleks 1960-1972-ci illər ərzində SSRİ-nin NII-20 araşdırma institutu tərəfindən hazırlanıb. İstehsalı 1970-1988-ci illər ərzində “Znamya Truda” zavodunda həyata keçirilib. 1971-ci ildən istismar edilir. İraq, Serbiya, Liviya, Suriya, Livan müharibələrində, Azərbaycan-Ermənistan münaqişəsində, Rusiya-Çeçenistan, Rusiya-Gürcüstan müharibəsində və digər vətəndaş müharibələrində tətbiq edilib. İstehsal sayı - 1200 ədəd;

Variantları - Osa-A, Osa-AK, Osa-AKM, Osa-M;

Xüsusiyyətləri:

Kütləsi - 17.5 ton;

Sürəti:

şossedə -80 km/s ;

suda - 8 km/s;

Uzunluğu - 9.14 m;

Eni - 2.75 m;

Hündürlüyü - 4.20 m.

“Osa” sistemində bərk yanacaq əsasında işləyən birpilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km atəş məsafəsinə malikdir. Raketin başlanğıc kütləsi 130 kq-dır. Raketin daşıdığı döyüş başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal fəaliyyət yüksəkliyi 5000 m-dir. Minimal fəaliyyət yüksəkliyi isə 25 m təşkil edir.

Atıcı qurğu və idarəetmə bloku üçoxlu, 6 təkərli avtomobil şassisi (VAZ-5937) üzərində yerləşdirilir. Avtomobil çətin keçilən ərazilər üçün nəzərdə tutulur və suda üzə bilir.

Ekipajı 5 nəfərdən ibarətdir. Maksimum sürəti 80 km/saat, suda üzərkən isə 8 km/saat təşkil edir. Əsas silahı 6 ədəd 9M33, 9M33M1, 9M33M2 və 9M33M3 raketləridir. Ehtiyat gediş məsafəsi 500 km təşkil edir.

İstehsalçı, “Osa” kompleksinin hədəfi məhvetmə əmsalını 35-85% arasında qiymətləndirir. “Osa-AK” və “Osa-AKM” sistemlərində bu əmsal 55-85% arasında dəyişir. Bu o deməkdir ki, bir hədəfə iki raket buraxmaqla onu zəmanətlə məhv etmək mümkündür. Lakin real döyüş təcrübəsi bu əmsalın şirkət tərəfdən süni olaraq şişirildiyini və yüksək göstərildiyini sübut edir. “Osa” zenit raket kompleksi dəfələrlə modernləşdirilsə də, bəzi çatışmazlıqlar bu günə qədər hələ də mövcuddur:

1. Aşağı səmərəlilik və etibarlılıq;

2. Atəş üçün hazırlığa çox uzun zaman tələb olunması;

3. Hədəf məhvetmə hündürlüyünün az olması;

4. Raket buraxılması zamanı konteynerin arxa (quyruq) blokunun yanması;

5. Tuşlanmada yol verilən böyük yanlışlıqlar;

6. Atıcı qurğunun bəzi vəziyyətlərində atəş açılmasının mümkünsüzlüyü;

7. Atıcı qurğunun ön tərəfində atəş sektorunun bir hissəsinə kölgə düşməsi və s.

Bu çatışmazlıqları istehsalçı çertyojları hazırlayan sifarişçinin səhvi olaraq qələmə versə də, onların bir çoxunun sonradan aradan qaldırılmaması ümumilikdə kompleksin konstruksiyasının problemli olduğundan xəbər verir. Buna görə də bir çox ölkələr artıq bu komplekslərdən imtina etməyə və onları silahlanmadan çıxarmağa başlayıblar.

Qanadlı və ya ballistik raket, qırıcı və ya digər döyüş vasitələri ilə “Osa”nın mübarizəsindən isə danışmağa dəyməz. “Osa” komplekslərinin, xüsusilə də əvvəlki modifikasiyalarının müasir hava hədəfləri ilə mübarizə aparmaq şansı demək olar ki, sıfıra bərabərdir.

Qeyd edək ki, Azərbaycan ordusu son 2 gündə 12 ədəd "Osa" ZRK-nı sıradan çıxarıb.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
Son xəbərlər
Bütün xəbərlər »