Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedevdən Qarabağ cəbhəsində baş verənlərlə bağlı açıqlama

“Dağlıq Qarabağ münaqişəsi zonasında yeni bir gərginlik növbəti dəfə qan tökülməsinə və insan itkisinə səbəb olub. Dağlıq Qarabağ problemini silah yolu ilə həll etmək olmaz”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, nizamlanma istisnasız olaraq siyasi-diplomatik yolla həyata keçirilməlidir: “Mən dəfələrlə buna şəxsən əmin olmuşam, xüsusilə iki ölkənin danışıqları zamanı Rusiya Federasiyasından vasitəçi kimi çıxış etdiyim zaman. İndi bütün tərəflərin sakitləşməsi lazımdır. Hər şeydən əvvəl ehtirasları gərginləşdirməyi dayandırın, davakar ritorikadan qurtulun və münaqişənin hərbi hissəsini birgə fəaliyyətlə dayandırın. Əks təqdirdə region üçün fəlakətli nəticələrin qarşısını almaq olmaz. Bu gün böhrandan çıxmaq üçün bütün imkanlardan, həm də ATƏT-in Minsk qrupu çərçivəsində həmsədrlik mexanizmlərindən, ikitərəfli formatdan istifadə edilməlidir. Ermənistan və Azərbaycan bizim qonşularımız və yaxın tərədaşlarımızdır”.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »