Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyindən humanistlik gözləmək olmaz” - Ramaldanov

“Ermənilərin yaşayış məntəqələrini atəşə tutması heç kimi təəccübləndirməməlidir. Ermənistan Qarabağı işğal edən və Xocalı soyqırımını törədən dövlətdir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyindən humanistlik gözləmək olmaz”.

Bunu Bizimyol.info-ya açıqlamasında ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı orden”li, Qarabağ müharibəsi veteranı Şair Ramaldanov bildirib.

Ş.Ramaldanov qeyd edib ki, yaşayış məntəqlərinin atəşə tutulması və mülki əhalinin vurulması təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin dəsti-xəttidir: “Yaşayış məntəqələrini atəşə tutmaq onların dəsti-xəttidir. Biz bunu gözləməliyik. Onların mülki obyektləri vuran atəş mövqeləri kəşf olunub. Onların atəşinə mane olmaq məqsədilə tədbirlər görülür”.

Ş.Ramaldanov bildirib ki, Ermənistan dövlətinin terror təşkilatları ilə əlbir olması heç kimə sirr deyil: “Ermənilər terrorçulardan istifadə edirlər. Qarabağa PKK-çılar gətirilib. Muzdlu ordudan istifadə edirlər. Onlar da terrorçudular. Çünki onlar qanunsuz hərbi birləşmələrdir”.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir”.

Son xəbərlər
Bütün xəbərlər »