Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər qaçmağa, azərbaycanlılar tam qələbəyə hazırlaşır

Ermənistanın Rusiyadakı səfiri lazım gələrsə, Rusiyadan yeni silahlar alınacağını  çıqlayıb.

Qondarma rejimin qondarma Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın digər şəhərlərindən olan insanlar Dağlıq Qarabağ ermənilərinə öz evlərində müvəqqəti sığınacaq təklif ediblər. Nazirlik hələlik təxliyə aparılmasa da lazım gələrsə, təklif edilən mənzillərdən istifadə olunacağını bildirib.

Bizimyol.info-nun Ağdamdakı xüsusi müxbirinin məlumatına görə, cəbhəyanı kəndlərdə insanlar çox sakitdir. Heç kimdə təşfiş yoxdur. Hər kəs orduya əlindən gəldiyi kimi kömək etməyə hazır olduğunu bildirir."Dağlarda sanki vulkan qaynayır. Düşən raketlərin gurultusu və tüstüsü görünür. İtkilərimiz olsa da, əldə etdiyimiz qələbələr sevindirir. Ermənilər hərbi obyektlərdən çox, mülkiləri hədəfə alıblar. Bununla belə heç kim yaşadığı ərazini tərk etmək barədə düşünmür. Çox yüksək əhval-ruhiyyə, müharibənin gətirdiyi qəribə bir möhkəmlik və mehribanlıq var. Hər kəs Azərbaycan əsgərinə bir siqaret, bir sətəkan su olsa belə, verməklə sevgisini, qayğısını göstərməyə çalışır. Düşmən ordunun bütün mövqeləri vurulur. Cəmləşmə imkanları sıfıra bərabərdir. Azərbaycan xalqı zəfər xəbərlərinə susayıb".

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »