Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qondarma Qarabağ respublikasının “prezident"indən etiraf: “Ərazilər itirmişik, bundan sonra da itirəcəyik...”

Dağlıq Qarabağdakı separatçı rejimin “prezidenti” Araik Arutyunyan son döyüşlərdə uğursuzluqla üzləşdiklərini etiraf edib.

Bizimyol.info xəbər verir ki, Arutyunyan həm canlı itkilər verdiklərini, həm də nəzarətlərindəki əraziləri itirdiklərini təsdiqləyib.

“Bəli, bizim itirdiyimiz mövqelər var. Əsasən Talış və cənub istiqamətində. Biz ərazilər itirmişik, bundan sonra da itirəcəyik”, - deyə separatçı rejimin başçısı bildirib.

Arutyunyan son əməliyyatlarda Türkiyənin Azərbaycana yardım etdiyini də bildirib. O, iddia edib ki, Türkiyə həm hərbi texnika, həm də canlı qüvvə ilə Azərbaycana dəstək verir.

Son xəbərlər
Bütün xəbərlər »