Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanın öz ərazisində antirerror əməliyyatı aparması bəzi ölkələri narahat edib”

“Azərbaycan ordusu öz ərazisini terrorçulardan azad etməyə çalışır. Bu, Azərbaycanın təşəbbüsü ilə olmayıb. Ermənistan silahlı qüvvələri yeni ərazilər işğal etmək xülyası ilə çalışırdı. Mülki əhalini atəş altında saxlayıb planlarını həyata keçirmək istəyirdilər”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev bildirib.

Milli Qəhrəman qeyd edib ki, Azərbaycanda mülki obyektlər terrorçuların hücumuna məruz qalır: “Kənd sakinləri əkin-biçin təsərrüfatı ilə məşğul ola bilmirlər.

Vahid Quliyev Vahid Quliyev

Heç kimə sirr deyil ki, Ermənistan ordusu əsasən terrorçulardan ibarətdir. Son illərdə Suriyadan, Livandan və başqa yerlərdən terrorçuları gətirib Qarabağda yerləşdiriblər. Bu gün müharibədə terrorçulardan istifadə edirlər. Terrorçu qrupları adətən mülki əhalini atəş altında saxlayırlar. Bununla da əhalidə ruh düşkünlüyü yaradırlar ki yaşadıqları ərazini tərk etsinlər.

Azərbaycan ordusu artıq 90-ların ordusu deyil. Azərbaycan ordusu bu gün dünyanın ən müasir silahları ilə təchiz olunan və yüksək təlim keçmiş peşəkar şəxsi heyətə malik ordudur”.

V.Quliyev bildirib ki, Azərbaycan xalqı 30 ildən artıqdır işğaldan əziyyət çəkir: “Azərbaycan Prezidenti dəfələrlə Ermənistan tərəfinə işğal olunmuş əraziləri alternativ yola azad ediləcəyini bəyan edib. Buna baxmayaraq erməni terrorçuları mülki əhalini atəş altında saxlamağa davam etdilər. Bu ilin iyul ayında Tovuz hadisələrini törətdilər, ötən gündən isə Dağlıq Qarabağdan mülki əhalinin yaşadığı yerləri vurdular. Əks hücuma keçən Azərbaycan ordusu bu gün bizə gözəl günlər yaşadır. Bu xəbərlər böyük qələbənin kiçik müjdələridir. Mən əminəm ki qısa müddət ərzində Azərbaycan ordusu erməni terrorçularını işğal edilmiş ərazilərdən təmizləməlidir.

Azərbaycan Prezidentinin ATƏT-in Minsk qrupuna, beynəlxalq təşkilatlara Ermənistan hakimiyyətini işğalçı siyasətini dayandırmaq üçün çağırışlar etdi, amma tədbir görülmədi.

Azərbaycan öz ərazilərində antiterror əməliyyatı aparan zaman Rusiya, İran, ABŞ, Fransa Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən narahat olmağa başladılar.

Azərbaycan ordusu antiterror əməliyyatını davam etdirməlidir. İnşallah qısa zamanda ərazilərimiz terrorçulardan azad olunacaq. Azərbaycan xalqı qələbə sevincini yaşayacaq. Eşq olsun Azərbaycan Prezidentinə və ordusuna ki bizə qələbə sevincini yaşadırlar”.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »