Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İctimai nəqliyyatın hərəkətində dəyişiklik edilir

Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.

“Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”, - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »