Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübarizi təhqir edən psixoloq indi də türkləri hədəf aldı

Bir müddət öncə Milli Qəhrəmanımız Mübariz İbrahimovu təhqir etməklə gündəmə gəlmiş, Azərbaycan xalqının nifrətini, qınağını qazanmış özünü psixoloq adlandıran Nərmin Şahmarzadə yenidən sərsəm açıqlamaları ilə diqqəti üzərinə çəkib.

Yəqin ki, tək dərdi, sosial şəbəkələrdə tanınıb, fenomen olmaq olan bu xanım bu dəfə də türkləri işğalçı adlandırıb.

" İşğalçı türklərin (Osmanlı) Azərbaycanın yanında yer alıb, işğalçılara qarşı çıxması da bir ayrı nüansdır. Fəth və işğal ayrı- ayrı şeylərdir", deyən qondarma psixoloq türkləri ərəb və monqollardan sonra dünyanın ən işğalçı xalqı adlandırıb. Görünür bu xanıma ya məhkəmə çox yumşaq qərar verib ki, ağıllanmayıb, ya da belə həssas dönəmdə xalqı qıcıqlandıran fikirlər yaymaqla o ağlın onda ümumiyyətlə olmadığını sübut etməyə çalışır.

Ölkəmizin 30 illik işğal faktına qarşı müzəffər bir yürüş başlatdığı bir dönəmdə erməni dəyirmanına su tökən Nərmin Şahmarzadənin milliyyəti və kimlərə xidmət etməsi şübhə oyandırır. Ümid edərik, bu kimi açıqlamalarla hərbi vəziyyət rejiminin tələblərinə cavab vermyən hər kəs layiqli cəzasını alacaq.

Bizimyol.info

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Martın 7-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »