Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 evdən oğurluq edənlər tutulublar

Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar.

Bizimyol.info xəbər verir ki, DUN-in mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Valeh Seyidov və Mustafa Abdullayev tutulublar.

Araşdırma zamanı onların Xəzər rayonunun qəsəbələrində 8 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.

Qeyd edək ki, Valeh Seyidov oğurluq etdiyi evlərə Mustafa Abdullayevin taksi kimi idarə etdiyi avtomobillə gedib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Valeh Seyidov və Mustafa Abdullayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
Son xəbərlər
Bütün xəbərlər »