Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ticarət mərkəzindən 315 min manat oğurluq olub

Naxçıvan Muxtar Respublikasından Daxili İşlər Nazirliyinə sentyabrın 22-də şəhər ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 315 min manat pulun oğurlanması barədə müraciət daxil olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini M.Seyidzadə və Danyeri kənd sakini Y.Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər
Bütün xəbərlər »