Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın mülki obyektləri hədəfə almasına deputatda reaksiya

“Ermənistan silahlı qüvvələrinin mülki obyektləri hədəfə alması beynəlxalq normalara ziddir. Mülki əhalinin vurulmasının məqsədi onları qorxudaraq, panikaya salmaq və yaşadıqları ərazidən uzaqlaşdırmaqdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib.

Deputat qeyd edib ki, mülki obyektlərin atəş altında saxlanılması antihumanist addımdır: “Ermənistan tərəfi deyir ki guya hərbi obyektlər mülki obyektlərin ərazisindədir. Bu iddiada əsas məqsəd mülki əhalini yaşayış yerini tərk etməsinə məcbur etməkdir.

İstər ATƏT-in Minsk qruplarının sədrləri, istərsə də beynəlxalq təşkilatlar Ermənistanın antihumanist addımına birmənalı münasibət bildirib. Naftalanda bir ailəni vurdular, digər ərazilərdə də mülki əhalinin yaşadığı əraziləri atəş altında saxladılar. Bunu ancaq faşist ideyasını daşıyan şəxslər edə bilər”.

Son xəbərlər
Bütün xəbərlər »