Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Qarabağdakı döyüşlər haqda danışdı, Bakıdakı səfirlik bəyanat verdi

Amerika prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında döyüşlərin başlanmasına münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Tramp Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları dayandırmağa çalışacağını deyib.

“Prosesi çox diqqətlə izləyirik. Regionda çox yaxşı münasibətlərimiz var. Görək bunu dayandıra biləcəyikmi...”, - Donald Tramp mətbuat üçün brifinqdə belə deyib.

ABŞ-ın Bakıdakı səfirliyi də cəbhə bölgəsində baş verənlərlə bağlı bəyanat yayıb.

“Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla, çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk. ABŞ şiddətin artmasını sərt şəkildə qınayır”, - deyə bəyanatda bildirilir.

Sənəddə o da qeyd olunub ki, ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla əlaqə saxlayıb. Hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə çağrılıb.

Son xəbərlər
Bütün xəbərlər »