Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə: Bakıdan səngərə kimi hamı qələbə əhval ruhiyyəsindədir

"Mən Bakıda dayana bilmədim,cəbhəyə getdim. Qarabağda, əsgərlərimizə ən yaxın məsafədəydim. Yol boyu insanların qələbə əzmini, yüksək əhvalının şahidi olmuşam.

Bakıdan səngərə kimi hamı qələbə əhval ruhiyyəsidədir.Yol boyu nə gördüm? Hamı ayaqdadır. Yaşlı qoca və qadınlar da daxil olmaqla hər kəs əsgərlərimizə uğur arzulayır, əlindən gələn köməyi etməklə dəstəyini göstərmək istəyir. Hər kəsin ürəyi cəbhəylə atır. Heç kimdə qorxu, təlaş yoxdur.Yalnız həyəcanla gözəl xəbərlər gözləyirlər.Allah xalqımızı , əsgərimizi utandırmasın". Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada "Ümid" partiyasının sədri, keçmiş Qarabağ döyüşçüsü İqbal Ağazadə səsləndirib.

Sonda partiya sədri bildirib: Qarabağı işğaldan azad etməyin tək yolu hərbdir. Ya bu yolda şəhid olacağıq, ya da qazi. Biz hamımızı bu gün Azərbaycan əsgəriyik.Geri durmaq, dayanmaq olmaz. Qəzamız mübarək olsun".

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »