Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağı Ermənistana birləşdirmək təklifi Paşinyanın "idiot" olmasının göstəricisidir

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Qarabağa muxtariyyət verilməsi və ya Qarabağın Ermənistana birləşdirilməsi məsələsini təklif edib. Deputatlar dərhal səs çoxluğu ilə bu təklifə "yox" deyiblər. Görəsən nə üçün? Ermənistan Qarabağın müstəqilliyini tanısa və onu rəsmən öz torpağı elan eləsə nə baş verər?

Bizimyol.info-nun sualını araşdırmaçı jurnalist, siyasi şərhçi Elçin Alıoğlu cavablandırır:

Elçin Alıoğlu Elçin Alıoğlu

"Nikol Paşinyan Parametin çıxışında bildirib ki,Dağlıq Qarabağın Ermənistan ərazisi kimi tanınması səsə qoyulsun.Bu qarabağlı ermənilərlə ermənistan arasında güclü münaqişə yarada bilər.Qarabağ erməniləri muxtar vilayət yox, müstəqil dövlət olmaq istəyirlər.İkincisi, Qarabağın Ermənistan ərazisi elan edilməsi dünya ölkələri tərəfindən Ermənistanın ərazi iddiası yox, işğalı kimi qiymətləndirilər. Dünya birliyi Qarabağın müstəqilliyini heç bir halda tanımayacaq. İstisnasız olaraq bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanyırlar və bu addım Ermənistanın hüquqi iqtisadi sonu ola bilər.Şizofren Paşinyandan fərqli olaraq erməni deputatlar bunu çox yaxşı anlayırlar. Ondan öncə Ermənistana rəhbərlik etmiş Petrosyan, Koçəryan, Sərkisyan belə axmaq addım atmayıblar.

Qarabağın müstəqilliyinin tanınması Ermənistanın ərazi iddialarını legitimləşdirərdi. Belə olan hada BMT nizamnaməsinə uyğun olaraq Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün hərbi əməliyyatları Ermənistan ərazisidə aparmaq hüququ yaranır.Çünki, hər br dövlətin zərurui özünümüdafiə əməliyyatı zamanı qonşu dövlət ərazisində əməliyyatrlar apara bilər. Ermənistan Qarabağın müstəqilliyini tanısa, Azərbaycan avtomatik və adekvat olaraq Zəngəzur , Dərələyəz, Vedibazarı Azərbaycan bölgələri elan edəcək və bu istiqamtdə hüquqi işlər aparacaq.

Ermənistan bunun altından çıxa bilməz. Buna görə indiyə qədər Qarabağın Ermənistana qatıması kimi idiotik bir təklifi irəli sürməyiblər. Bu təklif Paşinyanın nə dərəcədə siyasi piyada, idiot bir təfəkkür sahibi olduğuu ortaya qoydu",- deyə ekspert qeyd edib.

Bu dəfə Azərbaycan insanının qələbə əzmi daha yüksəkdir. Telekanallar, Müdafiə Nazirliyi əhalini xəbərsiz buraxmır. Gücümüz daha çoxdur, daha hazırlıqlıyıq. Bu döyüşlər Aprel döyüşləri kimi yarım qala bilərmi? Sualı cavablandıran ekspert ilk olaraq onu vurğuladı ki, hazırda Azərbaycan hücum yox, əks hücum əməliyyatları həyata keçirir.

"Müharibə yalnız istəklə olmur.Silahı götürdük, getdik demək zamanı ötən əsrlərdə idi.İndi bunun üçün xüsusi texniki, iqtisadi hazırlıq tələb olunur. Biz həmişə beynəlxalq hüquq normaları çərçivəsində davrandıq.Nə aprel, nə iyul nə avqustda Azərbaycan hücum etməyib, əks hücum edib. Bu ayrı-ayrı şeylərdir. Azərbaycan hələ ki, irəliləyir. Rusiya, İran, Qərb tərəfləri sülhə dəvət edirlər. Bizə sülh çağırışı lazım deyildi. Bunu işğalçıya demək lazım idi. Əməliyyatlar bu gün də dayana bilər, bir ay da davam edə bilər.Bu yalnız bizim istəyimizdən də asılı deyil. Hər şey Ermənistanın tutduğu mövqedən, atacağı addımlardan asıldırı. Torpaqlarımızın qeyd- şərtsiz qaytarılması baş tutarsa, müharibə dayandırıla bilər".

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »