Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qalatasaray"a ən çox pul qazandıran futbolçular - SİYAHI
Mövsümlərarası fasilənin fəal komandalarından olan "Qalatasaray" aparıcı futbolçularından Bruma ilə yollarını rəsmən ayırıb.

Apasport.az xəbər verir ki, "Leypsiq"ə transfer edilən portuqaliyalı yarımmüdafiəçi "cim-bom"un tarixinə keçib.

Belə ki, 15 milyon avro müqabilində Bundesliqa klubunun yolunu tutan Bruma "Qalatasaray"ın satışından ən çox gəlir götürdüyü oyunçu olub. 23 yaşlı oyunçu "sarı-qırmızılılar"ın sabiq kapitanı Arda Turana məxsus rekordu yeniləməklə yadda qalıb.

Gedişi ilə "Qalatasaray"a ən çox pul qazandıran futbolçular bunlardır:

Bruma ("Leypsiq") - 15 milyon avro

Arda Turan ("Atletiko") - 13 milyon

Abdulkader Keyta ("Əl-Sədd") - 8 milyon 150 min

Burak Yılmaz ("Beyçin Quoan") - 8 milyon

Hakan Şükür ("İnter") - 6,6 milyon

Aleks Telleş ("Porto") - 6,5 milyon

Fernando Meyra ("Zenit") - 6 milyon

Mehmet Topal ("Valensiya") - 5,5 milyon

Ümit Davala ("Milan") - 5 milyon

Zvyezdan Misimoviç ("Dinamo", Moskva) - 4,5 milyon

Jardel ("Sportinq") - 4,5 milyon

Adrian İlye ("Valensiya") - 3 milyon 750 min

Felipe Melo ("İnter") - 3,7 milyon

Nordin Amrabat ("Malaqa") - 3,5 milyon

Qabriel Tamaş ("Spartak", Moskva) - 3,5 milyon

Yulian Filipesku ("Betis") - 3,5 milyon

Batista ("Şaxtyor", Donetsk) - 3 milyon

Florin Bratu ("Nant") - 3 milyon

Hakan Ünsal ("Bləkbörn") - 3 milyon

Elano ("Santos") - 2,9 milyon

Lukas Podolski ("Vissel Kobe") - 2,6 milyon

Tuqay Kərimoğlu ("Reyncers") - 2 milyon 570 min

Boqdan Stanku ("Orduspor") - 2,5 milyon

Fatih Akyel ("Malyorka") - 2,5 milyon

Kevin Qrosskroyts ("Ştutqart") - 2 milyon 170 min

Xose Rodriges ("Maynts") - 2 milyon 150 min

Son xəbərlər
Bütün xəbərlər »