Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə erməni əsilli deputatdan hökumətə çağırış

Ermənistanda hərbi vəziyyət ölkə boyu səfərbərlik elan olunub.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xəbər verib. Qərar dərc edildiyi andan qüvvəyə minib.

“Orduya yazılan şəxsi heyəti ərazi üzrə hərbi komissarlıqlara getməyə çağırıram”, - Paşinyan “Facebook” hesabında yazıb.

Bundan əvvəl isə hərbi vəziyyət və səfərbərlik yalnız Qarabağ ərazisində elan olunmuşdu.

Türkiyə parlamentinin erməni əsilli deputatı Haro Paylan Türkiyə hökumətinə müraciət edərək, Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminə nail olmaq üçün vasitəçiliyi öz üzərinə götürməyə çağırıb.

“Qarabağda Azərbaycan və Ermənistan qüvvələri arasında genişmiqyaslı toqquşmalar gedir. Bizim ölkə odun üstünə yağ tökən tərəf olmamalıdır. Bu müharibədən heç kim qazanmayacaq, həm Azərbaycan, həm də erməni xalqı əziyyət çəkəcək. Gəlin aətşkəs rejiminə nail olmaq üçün məsuliyyəti üzərimizə götürək”, - deyə Paylan “Twitter”də yazıb. O, yazısında Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytını da işarələyib.

Son xəbərlər
Bütün xəbərlər »