Bizimyol.info Aydınlar Partiyasının qurucusu və sədri Qulamhüseyn Əlibəylinin çağırışını təqdim edir:

"İşğalçı Ermənistanın növbəti təcavüz cəhdini uğurla dəf etdikdən sonar əks-hücuma keçərək işğal olunmuş ərazilərimizin düşməndən təmizlənməsi əməliyyatına başlayan ordumuzla qürur duyuram. Aydınlar Partiyası olaraq Azərbaycan torpaqlarının azad olunması uğrunda başlanmış savaşda dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanının yanındayıq.
Bütün siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını, xalqımızı milli həmrəylik göstərərərək düşmənə layiqli cavab verməyə çağırırıq. Partiyamızın bütün üzvlərinə və tərəfdaşlarımıza müraciət edərək Silahlı Qüvvələrimizi dəstəkləməyə, imkanları daxilində ümumi qələbəmizə kömək etməyə, könüllü kimi ordu sıralarına yazılmağa çağırıram."
Bizimyol.info