Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samvel Babayan: “Kişilər bir yerə toplaşsın, işi o yerə çatdırmasın ki, onları evlərindən aparsınlar”

Dağlıq Qarabağda separatçı rejimin təhlükəsizilik şurasının katibi Samvel Babayan deyib ki, Təmas Xətti boyunca gedən döyüşlərdə 10 erməni hərbçi həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə “armenpress” agentliyi məlumat yayıb. Babayan deyib ki, genişmiqyaslı müharibə başlayıb və Azərbaycan Qarabağa müxtəlif istiqamətlərdən zərbələr endirir.

“Mən hamını təmkinini saxlamağa və təhlükəsiz yerlərə çəkilməyə çağırıram. Mən bütün kişiləri bir nəfər kimi toplaşmağa çağırıram. İşi o yerə çatdırmasınlar ki, onları gəlib evlərindən aparsınlar. Mən sadəcə olaraq xahiş edirəm”, - Babayan belə deyib.

Azadlıq radiosunun erməni xidmətinin məlumatına görə, Qarabağda hərbi vəziyyət səfərbərlik elan edilib.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »