Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə bəyan etdi: “Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq”
Sentyabrın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasın bir hissəsi yerli telekanallar vasitəsilə yayımlanıb. Daha sonra prezident hərbi və dövlət sisrri təşkil edən məsələlərin müzakirə olunacağını bildirərək, iclasın davamının qapalı keçirilməsini əsaslandırıb.

Bizimyol.info xəbər verir ki, prezident Azərbaycanın haqq yolunda olduğunu, öz torpaqlarını işğaldan azad etmək hüququna malik olduğunu vurğulayıb.

Dövlət başçısı Ermənistan rəhbərliyinin təxribat xarakterli çıxış və hərəkətlərinə də toxunub: “Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etdi ki, onminlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaq. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaq.

Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır.

İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir”.

Sentyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısına zəng edib. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, Ərdoğan ermənilərin hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar həmkarına və Azərbaycan xalqına başsağlığı verib. Türkiyə prezidenti həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Başsağlığına görə minnətdarlığını bildirən Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin daimi dəstəyini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev baş verən hadisələrin gedişi barədə türkiyəli həmkarına məlumat verib.

Türkiyənin Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq.

“Ermənistan Silahlı Qüvvələrinin bu gün atəşkəsi pozaraq Azərbaycan Ordusuna, eləcə də Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndlərinə qarşı ağır silahlardan atəş açdığını, cəbhə xəttində atəşkəsi pozduğunu öyrəndik. Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik.

Beynəlxalq ictimaiyyəti haqlının yanında olmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza görə Azərbaycan xalqına başsağlığı veririk, yaralılara şəfalar diləyirik.

Azərbaycan xalqı və Azərbaycan dövləti ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcək. Bu müddətdə Türkiyə Azərbaycana tam dəstək verəcək. Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq”, - Türkiyə Xarici İşlər Nazirliyindən APA-ya bildirilib.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
Son xəbərlər
Bütün xəbərlər »