Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov brifinqdə məlumat verib ki, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qoradiz, Yuxarı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşmən işğalından azad edilib.
Eləcə də, Ağdərə rayonu istiqamətində Murovdağı silsiləsində yerləşən bir neçə postlar dağıdılaraq bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Bizimyol.info