MN: Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 PUA-nın vurulması yalandır
27 sentyabr, 2020 [11:13]
Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.
Müdafiə Nazirliyindən Bizimyol.info-ya verilən məlumata görə, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.