Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağıstanda yaşayan Azərbaycan vətəndaşı atasını öldürməkdə şübhəli bilinir

Dağıstanda Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb.

APA “RİA Dagestan”a istinadən xəbər verir ki, bu barədə yerli İstintaq İdarəsi məlumat yayıb.

İttihama görə, sentyabrın 25-də Dağıstanın Xasavyurt şəhərində kirayədə yaşayan 59 yaşlı kişi münaqişə zəminində oğlu tərəfindən öldürülüb: “Oğul atasına əllərilə çoxsaylı həyatı təhlükəli zərbələr endirdikdən sonra onu naməlum bir əşyadan istifadə edərək boğub”.

Şübhəli saxlanılıb, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsinin 1-ci hissəsinə əsasən cinayət işi açılıb.

Məlumata görə, hadisəni törədən şəxs Sumqayıt şəhər sakini Etibar adlı şəxsdir. Qətlə yetirilən atanın adı isə Cahiddir.

Son xəbərlər
Bütün xəbərlər »