Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinin imperator dövrünün çayniki yarım milyon dollara satılıb

Çin imperatoru Syan-lunun hakimiyyəti dövrünə aid köhnə çaynik hərracda 495 min dollara satılıb.

Bizimyol.info xarici KİV-lər xəbər verir ki, Britaniya sakininin çardaqdan tapdığı çaynik onu bir anda varlandırıb. Çaynikin keçmiş sahibi babasının bu əşyanı Birinci Dünya müharibəsi zamanı Böyük Britaniyaya Asiyadan gətirdiyini bildirib. O etiraf edib ki, əvvəlcə çayniki antik əşyalar dükanına satmaq istəyib, lakin sonra ekspertlə məsləhətləşmək qərarına gəlib.

Lotun start qiyməti təxminən 50 min dollar olub. Lakin səkkiz nəfərin qiyməti dayanmadan artırması səbəbindən çaynik bundan on dəfə baha satılıb. Onu hərracın Londondan olan anonim iştirakçısı alıb.

Son xəbərlər
Bütün xəbərlər »