Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da minlərlə şirkət Tramp administrasiyasını məhkəməyə verdi

“Tesla”, “Ford Motor”, “Target”, “Walgreen” və “Home Depot” şirkətləri də daxil olmaqla 3500-ə yaxın ABŞ şirkəti prezident Donald Trampın administrasiyasını məhkəməyə verib.

Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Onlar hesab edirlər ki, federal hakimiyyət Çin məhsulları üçün rüsumları qanunsuz şəkildə artırıb.

ABŞ-ın Ticarət nümayəndəsi Robert Laythayzer və ABŞ Gömrük-Sərhəd Xidməti təqsirkar olaraq göstərilir.

Şikayətə əsasən, ABŞ rəhbərliyi tariflərin tətbiqi üçün əvvəlcədən müəyyən olunmuş qaydaları pozub və bir sıra prosedurları işə salıb.

Tramp administrasiyası öz növbəsində iddia edir ki, rüsumların artırılması əsaslıdır. Belə ki, Çin ABŞ-ın əqli mülkiyyətini oğurlayır və ABŞ şirkətlərini Çin bazarında çalışmaq hüququ müqabilində öz texnologiyalarına giriş təmin etməyə məcbur edir.(azərtac)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »