Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sürücü nömrəni saxtalaşdıraraq cərimələrin müğənniyə gəlməsinə səbəb olub”

Xəbər verdiyimiz kimi Əməkdar artist Nigar Şabanova ona məxsus “Mercedes” markalı avtomobilin 90-SE-012 dövlət nömrə nişanının “Honda” markalı başqa bir sürücüdə də olduğunu bildirib. Müğənni Dövlət Yol Polis İdarəsinə bununla bağlı bir ay öncə şikayət etdiyini, lakin problemin hələ də həl edilmədiyini və həmin sürücüyə görə hər dəfə ona cərimə gəldiyini bildirib.

Məsələylə bağlı moderator.az-ın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb.

Kamran Əliyev Kamran Əliyev

K.Əliyev saytımıza açıqlamasında burda saxtakarlıq edildiyini və məsələnin artıq nəzarətə götürüldüyünü bildirib:

“Bu məsələ həllini tapıb və hazırda araşdırma gedir. Burda “Honda” markalı avtomobilin sürücüsü saxtakarlıq edərək F hərfinin altına qara xətt çəkib və kamera da onu E hərfi kimi oxuyur. Bilərəkdən nömrəyə müdaxilə ediblər ki, məsuliyyətdən yayınsınlar. Həmin sürücünün iki dəfə qayda pozuntusu qeydə alınıb və hər iki protokol da həmin şəxsə yönəldilib. Onun hazırda nömrəyə müdaxilə etdiyi üçün məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Nömrəyə bu cür müdaxilə edildiyi üçün cərimələr Nigar xanıma gəlib. Bu saxtakarlığı edən sürücü düşünməyib ki, sabah onun bu əməli xüsusi cihaz vasitəsilə ortaya çıxacaq”.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »