Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İ.Ağazadə Güney azərbaycanlılara səsləndi: "O maşınları durdurun!" - Video

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Xural TV-nin "Siyasət Meydanı" verilişində qonaq olub. Partiya sədri işğal olunmuş Azərbaycan torpaqlarına yanacaq adı ilə aparılan silah-sursat maşınlarının dayandırılması məsələsində Güney Azərbaycanda yaşayan soydaşlarımıza müraciət edib.

Qarabağ qazisi bildirib ki, bu maşınlara nəzarət üçün İran tərəfdə bizim də nümayəndələrimiz olmalıdır: "Qoy, İran tərəfdə bizim də nümayəndələrimiz otursun. Kim gedir, kim gəlir, nə aparır, nə gətirir, nəzarət etsinlər. Axı, bu körpünün təyinatı nədən ötrüdür? Bizim bunu bilməyə haqqımız yoxdurmu? Mən buradan müraciət edirəm, Ey Güneyli qardaşlarımız! İrandan Ermənistana və ya işğal olunmuş Azərbaycan torpaqlarına gedən yanacaq, yardım maşınlarını durdurun. O yardım, o silah-sursat bizim balalarımıza atılan güllələrdir"

Qarabağda çalacağımız qələbənin yarısının payı Güney Azərbaycanda yaşayan soydaşlarımızın hərəkətlərindən və yanaşmalarından asılı olduğunu deyən partiya sədri qeyd edib ki, savaş başlayarsa, biz ən böyük dəstəyi Güney Azərbaycandan gözləyirik: "Biz Təbrizi Bakıdan, Bakını Ankaradan ayırmırıq və bütün Güney Azərbaycan - Ərdəbil, Həmədan, Xoy, Urmiya, Zəncan, Qaradağ daxil o yerlərin hamısı bizim başımızın tacıdır. Savaş başlasa, biz ən böyük dəstəyi və köməyi də məhz Güney Azərbaycandan gözləyirik, Qarabağda çalacağımız qələbənin yarısı Güney azərbaycanlıların oradakı hərəkətindən və yanaşmasından asılı olacaq. Bəlkə də, əlinizə silah alıb döyüş üçün gələ bilməyəcəksiniz, səngərdə bizimlə bir sırada dayanmayacaqsınız, hərçənd bu da mümkündür, amma erməniləri orada blokadaya almaq və bizim haqq işimizdə - torpaqlarımızın bütövləşməsində ən böyük işi siz görməli olacaqsınız. Qoy, bir addım da yaxın olaq, qoy, aramıza süni dövlət girməsin, aramızda düşmənlər dayanmasın və biz əbədi qucaqlaşa bilək".

Sözügedən verilişin həmin hissəsini təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »