Daha 10 şagirddə koronavirus aşkarlanıb.
Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən verilən məlumatda bildirilir ki, sentyabrın 24-də 51 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 10 şagird və 2 işçidə COVİD-19 testinin nəticələri müsbət olub.
Qeyd edək ki, indiyə qədər koronavirusa yoluxma hallarının artması səbəbindən 12 sinif və bir məktəb distant təhsilə keçib.