Bakı şəhərində ikimərtəbəli evdə yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin çardağının yanar konstruksiyaları 50 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.