Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qonaqlar pul tələb etdikləri ev sahibini bıçaqlayıblar

Ağsuda quldurluq hadisəsi törətməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında vaş verib.

Ağsu şəhər sakinləri, əvvəllər qəsdən adam öldürmə və oğurluğa görə məhkum edilmiş Səfərov Raul Ağalar oğlu və dövlətə xəyanətdə məhkum edilən Nuriyev Eldəniz Bəyalı oğlu şəhər sakini Seymur Məmmədovun evinə qonaq gəlib.

Orada yeyib-içəndən sonra R.Səfərov və E.Nuriyev ev sahibi S.Məmmədovun boğazına bıçaq dirəyərək ondan 500 manat tələb ediblər.

S.Məmmədov evində olan 190 manatı onlara versə də, həmin şəxslər onu bıçaqlayaraq hadisə yerindən qaçıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.(report)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
Son xəbərlər
Bütün xəbərlər »