Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın hər 3 böyük qonşusunun valyutası dəyər itirməkdə davam edir

"Rusiyada 1 dollar 78 rubla çatır, Türkiyədə tezliklə 1 dolların 8 lirə həddini aşması gözlənilir, İranda isə 1 dollar 28 min tümənə çataraq rekord qırır. Region ölkələrindəki bu tendensiyaya baxmayaraq, Azərbaycan yenə də bütün resurslarını milli valyutanı sabit saxlamağa sərf edir".

Binu bizimyol.infoya Qaşqay İsmayıl deyib.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

"Məsələ burasındadır ki, Mərkəzi Bankın bazara intervensiyası nə qədər məntiqli olsa da, hazırki situasiyanın yaranması kökündən səhvdir. Azərbaycan manatı artıq çoxdan dəyərini itirib və onu süni nəfəs aparatına qoşulu vəziyyətdə saxlamaqla, iqtisadi sabitliyi qorumaq cəhdləri gec-tez iflasa uğrayacaq. Həm də sual yaranır: belə makroiqtisadi sabitlik bizə lazımdırmı? Axı bu iqtisadi sabitlik əslində qəbir sükutudur, iqtisadiyyatın əksər subyektlərinin sıradan çıxması kursudur. Bu kurs nisbətən büdcə işçiləri üçün müvəqqəti faydalı ola bilər, amma nə vaxtsa hökumətin resursları tükəndikdə manat yumşaq yox, xaotik və dağıdıcı devalvasiyaya məruz qala bilər, bu isə ilk növbədə büdcədən maliyyələşən təbəqənin 90-cı illərin əvvəllərindəki depressiyasının təkrarı ssenarisi olacaqdır.

Manatın mövcud kursu nəinki qonşu ölkələrə kapital axınını stimullaşdırır, həm də bu kursla kənd təsərrüfatı, sənaye, həmçinin turizm, klinikalar, universitetlər və digər xidmət sahələri qonşu ölkələrlə rəqabət qabiliyyətindən məhrum olur", -deyə iqtisadçı bildirib.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »