Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ay səthindəki radiasiya ölçüldü

Çinli alimlər insanların Ay səthində məruz qala bləcəkləri radiasiya səviyyəsini ölçüb.

Bu səviyyənin dünya səthində olan radiasiyadan 200 dəfə çox olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə, Ay səthində insanlar hansı təhlükənin gözlədiyi hələ tam olaraq müəyyən edilməyib.

Qalaktik kosmik şüalara uzun müddət məruz qalmaq katarakt, xərçəng və mərkəzi sinir sisteminin degenerativ xəstəlikləri də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.

Araşdırma zamanı 2019-cu ildə Ayda fəaliyyət göstərən Çin robot enmə qrupu və kəşf vasitəsi Change 4-dən alınan məlumatlar əsas alınaraq hesablamalar aparılıb.

Alimlər ayda gündəlik ionlaşdırıcı radiasiya səviyyəsinin 1369 mikrosievert olduğunu müəyyən edilib. Bu da beynəlxalq Kosmos Stansiyasındakı həddən 2,6 dəfə çoxdur.

Çin Elmlər Akademiyası Milli Kosmos Mərkəzinin alimləri qrupunda olan Almaniya Keel Universitetinin nümayəndəsi Robert Şimmer Şinqruber qeyd edib ki, Ayda ölçülən radiasiya səviyyəsi dünya səthində olan radiasiyadan dəfələrlə çoxdur: "Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".(sputnik)

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »