Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gədəbəydə keçmiş əri qadını bıçaqlayaraq hadisə yerindən qaçıb

Sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Zülfiyyə Məsimovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Gədəbəy rayon prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri Rasim Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Zülfiyyə Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb edilməsi, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »