Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Huawei" şirkətinin ərazisində yanğın olub, ölənlər var

Çinin Dunquan şəhərində “Huawei” şirkətinə məxsus inşaat sahəsində yanğın baş verib.

APA “TASS”-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb.

Yanğın yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 11:00) qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər inşaat sahəsindəki insanları evakuasiya edib. Yanğın təxminən 850 kv/m sahəni əhatə edib.

Yanğınla mübarizə zamanı yanğınsöndürənlər hadisə yerində üç nəfəri ölmüş vəziyyətdə aşkar edib. İlkin məlumata görə, hadisəyə səbəb səs izolyasiyası materialının yanması olub.

Qeyd edilir ki, hadisənin olduğu obyekt təmirdədir və istifadəyə verilməyib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »