Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib.

Məlumata görə, insident nəticəsində 22 nəfər ölüb, iki nəfər sağ qalıb, daha 4 nəfərin taleyi məlum deyil.

“Hadisə yerindəyik. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 28 nəfər olub, onların arasında 7 zabit, 21 kursant olub. Təəssüf ki, 22 nəfər ölüb, 2 nəfər sağ qalıb (1 nəfər ağır vəziyyətdədir), hazırda dörd nəfərin taleyi məlum deyil. Həyatları üçün dua edirik, təcili tibbi yardım göstəririk”, - deyə Kuçer özünün “Telegram” səhifəsində yazıb.

Bu rəqəmlər Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti tərəfindən də təsdiqlənib.

Son xəbərlər
Bütün xəbərlər »