Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik alverçisinə “yaxşılıq etmək” cəzası verildi - Foto

Banqladeşdə məhkəmə narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi qeyri-adi şəkildə cəzalandırmaq qərarına gəlib. Ona “yaxşılıq etmək” cəzası verilib.

Bizimyol.info xəbər verir ki, Enayet Patvari 1 kiloqram narkotik vasitə ilə tutulub. Feni şəhər sakininin məhkəməsi uzun müddətdir davam edirmiş. Məhkəmə ona hökm oxuyub. Patvari bəzi yaxşı addımlar atmalıdır. O, 20 yetimə evində qonaqlıq verməli, 1 il ərzində Banqladeşin müstəqilliyindən bəhs edən 2 film izləməli və hər gün bir ağac əkməlidir. Ümumiyyətlə, Patvarinin üzərinə 8 öhdəlik qoyulub. Onların hamısı müsbət addımlar adlandırıla bilər. Narkotik alverçisi şərtləri yerinə yetirməsə, 1 il həbs cəzası alacaq.

Narkotik alverçisinə “yaxşılıq etmək” cəzası verildi - Foto

Patvari cəzadan məmnun görünür: “Qərar məni yenidən həyata qaytaracaq. Hərəkətimdən utanıram və bir daha etməyəcəyimə söz verirəm. Dəyişmək üçün yaxşı fürsətdir. Hər gün bir ağac əkməyə başlamışam. Yetimlərə qonaqlıq da vermişəm. Anama qulluq edirəm. Bütün şərtlərə əməl edəcəyimə şübhəniz olmasın”.

Son xəbərlər
Bütün xəbərlər »