Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki maşın zibil çıxan evdən həm də minlərlə dollar tapıldı - Foto

Türkiyənin Aydın şəhərində sakinlərdən birinin evindən gələn üfunət qoxusu qonşuları narahat etdiyindən, onlar polisə üz tutub.

Hüquq-mühafizə orqanının əməkdaşları mənzildə xeyli zibil qalaqlandığını görüb.

Bizimyol.info xəbər verir ki, Türkiyə vətəndaşının evindən iki maşın zibil çıxıb. Məişət tullantılarını daşımaq üçün ayrıca briqada səfərbər olub. 79 yaşlı ev sahibinin illərlə zibil atmadığı üzə çıxıb.

İki maşın zibil çıxan evdən həm də minlərlə dollar tapıldı

Təqaüdçü üç il əvvəl həyat yoldaşını itirəndən sonra belə həyat sürməyə başlayıb. O, əlinə nə keçirsə, evə gətirirmiş.

Kommunal xidmət əməkdaşlarını məişət tullantıları qədər mənzildə xeyli dəmir pulun toplanması da təəccübləndirib. Sayanda məbləğin 169 min 280 lirə olduğu müəyyənləşib. Yəni təqaüdçü fərqinə varmadan evdə 22 min dollardan çox vəsait toplayıb. Pul sonradan kişinin bank hesabına yatırılıb.

Paylaş »
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistiə irad bildirdi
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »