Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dilqəm Əsgərovla bağlı Nazirlər Kabinetinə müraciət olunub

“Şəmkir çayı üzərində dəryaçanın tikintisi” layihəsinin icrası zamanı 7 ildir Ermənistanda girovluqda olan Dilqəm Əsgərova dəymiş ziyan qiymətləndirilib.

Bu barədə Bizimyol.info-ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

O, qeyd edib ki, qiymətləndirmə nəticəsində D.Əsgərova 149342 manat kompensasiyanın ödənilməsi təyin olunub: “Atamın icarəyə götürdüyü torpaq sahəsində 692 ədəd meyvə ağacına və ümumi olaraq 614 kvadratmetr tikili sahəsinə dəyən ziyan hesablanıb. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə mənimlə telefon əlaqəsi saxlayaraq problemin həlli üçün köməklik ediləcəyini bildirib”.

K.Əsgərovun sözlərinə görə, “Meliorasiya və Su Təsərrüfatı”ndan ona bildirilib ki qiymətləndirmə Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə göndərilib.

Son xəbərlər
Bütün xəbərlər »