Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oktay Gülalıyevin səhhəti ilə bağlı son vəziyyət

Türkiyədə müalicə alan hüquq müdafəçisi Oktay Gülalıyevin səhhəti yaxşılığa doğru dəyişir.

Bu barədə Bizimyol.info-ya hüquq müdafəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

“Atamın səhhəti yalnız irəliyə dogrudur. Görmə qabiliyyəti çox yaxşıdır. Həmçinin, əl-qollarını hərəkət etdirir və çəkisi artıb”,-deyə T.Gülalıyev bildirib.

Qeyd edək ki ailəsi hüquq müdafiəçisinin Azərbaycana qaytarılması üçün müraciət edib.

Hüquq müdafiəçisi Oktay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Başından aldığı zədə nəticəsində hələ də komadadır.

Fakt üzrə Oktay Gülalıyevi vuran sürücü Kənan Abdullayevin barəsində Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi qaldırılıb.

Son xəbərlər
Bütün xəbərlər »