Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda bəzi hotellər fəaliyyət göstərmir

Bu gün xarici turistlər olmadığından Bakıdakı hotellərdə doluluq səviyyəsi aşağıdır, bu səbəbdən hətta bir sıra hotellər fəaliyyət göstərmirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, həftə sonlarında insanlar daha çox ölkənin regionlarında fəaliyyət göstərən turizm obyektlərinə gedirlər: “Təbii ki, insanların daha çox getdiyi turizm obyektlərində pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı təlimatların icrasında uyğunsuzluqlar daha çox olur. Ona görə də ümumilikdə demək olmaz ki, regionlardakı hotellərdə bu uyğunsuzluqlar daha çoxdur. Vətəndaş sıxlığının yaranması, tibbi maskalardan istifadə edilmə regionlar üçün daha xarakterikdir”.

E.Mikayılov qeyd edib ki, hotellərin çoxunda artıq təkrar monitorinqlər keçirilib. Təkrar həyata keçirilən bu monitorinqlər hesabına böyük turizm obyektlərinin əksəriyyəti ümumi vacib tələbləri yerinə yetirirlər.

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »