ETSN-də karyera yüksəlişi ilə bağlı qaydalar təsdiq olunacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) qeyri-dövlət quluğu sahəsində də karyera yüksəlişi ilə bağlı qaydalar təsdiq olunacaq.
Bizimyol.info xəbər verir ki, bunu Nazirliyin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli "Facebook" üzərindən yayımlanan “Ekspert saatı" verilişində deyib.
Onun sözlərinə görə, bu qaydalar ehtiyat kadrların formalaşdırılması üçündür: "Qaydalar demək olar yekunlaşmaq mərhələsindədir. Burada prioritet vəzifələrin müəyyənləşdirilməsi, onlara davamçıların hazırlanması, təcrübə və inkişaf proqramlarının qaydaları olacaq".