Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda "Qazprom"un əməkdaşlarına hücum edildi

Ermənistanın Geqarkunik vilayətində "Tsovaqux" kəndinin onlarla sakini "Qazprom Ermənistan" şirkətinin əməkdaşlarına hücum edərək onları daş və ağaclarla döyüb, xidməti maşınlarını sındırıblar.

Virtualaz.org bildirir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.

Məlumata görə, kənd başçısı Vaqram Gevorkyan zorakılığı dayandırmaq əvəzinə, həmkəndlilərini "Qazprom"un əməkdaşlarına divan tutmağa sövq edib. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra kənd başçısı həmkəndlilərinə polis əməkdaşlarını da döyməyi əmr edib.

Nəticədə, yalnız bir neçə polis əməkdaşı deyil, həm də Gavarın polis rəisi İqor Mesropyan və Sevanın polis rəisi Saribek Rüstəmyan da bədən xəsarətləri alıblar.

Məlumata görə, münaqişənin səbəbi "Qazprom" əməkdaşlarının kənd sakinləri tərəfindən uzun illər qazın oğurlanması faktlarını üzə çıxarmaları olub.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
››› Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »