Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bəzi dövlət qurumları elektronlaşmağa maraqlı deyillər”

Universitetlərə qəbul olunan abituriyentlərdən qeydiyyat üçün xeyli sayda kağız formada sənədlər tələb olunur. Bu sənədlərin əksəriyyəti müvafiq dövlət qurumlarının məlumat bazalarında, elektron formada var.

Bəs, nədən karantin rejimi dövründə sənədlər kağız formasında qəbul edilir?

Nicat Manafov Nicat Manafov

İnternet və kommunikasiya məsələləri üzrə ekspert Nicat Manafov Bizimyol.info-ya bildirib ki, qurumlar arasında kordinasiya və inteqrasiya olmadığından, mövcud hüquqi bazada elektron hökumət quruculuğu baxımından sadələşmə və optimallaşma aparılmadığından sənədlər yenidən kağız fotmada tələb olunur.

Ekspert qeyd edib ki, dövlət işində effektivliyin artırmağın tək yolu bütün xidmətlərin elektronlaşmasıdır: “Təssüflər olsun ki, hələ də bir çox dövlət qurumu elekton sənədləri bir-birinə inteqrasiya edə bilməyiblər. Sənədin doğruluğunu yoxlamaq üçün möhürlü və imzalı kağızlar istəyirlər. Elektron dövlət yavaş-yavaş inkişaf edir, amma biz dövrə ayaq uydurub çox sürətlənməliyik. İnsanların və dövlət işçilərinin vaxtı çox dəyərli və effektiv olmalıdır, onlar hansısa kağız-kuğuzun çıxarışı üçün vaxt xərcləməli deyillər, hər şey elektronda özünə xidmət prinsipləri ilə olmalıdır.

Baxmayaraq ki, elektron hökumət konsepsiyası 2005-ci ildən fəaliyyətə başlayıb, amma görünən odur ki, çox ağır hərəkət edir. Ola bilsin bəzi qurumlar elektronlaşmağa çox maraqlı deyillər, amma hamı bir mənalı başa düşməlidir ki, bundan yayınmaq mümkün olmayacaq. Dövlət işlərində effektivlik artırılmalıdır, bunun da tək yolu başdan-başa elektronlaşmadır”.

Son xəbərlər
Bütün xəbərlər »