Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədin adı məlum oldu

Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının qurultayı keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, qurultay onlayn formada təşkil ediləcək.

Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə isə Eldar Quliyevin namizədliyi irəli sürülüb.

Eldar Quliyev Eldar Quliyev

Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədliyi irəli sürülən Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olub. O, II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin üzvüdür. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.

Xatırladaq ki, ki, Azərbaycan Ağsaqqallar Şurasının mərhum sədri Fəttah Heydərov avqustun 4-də uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
Son xəbərlər
Bütün xəbərlər »