Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla mübarizə aparan həkimlərə əlavələr ödənilib

Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödəyib.

Bizimyol.info xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 618 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 5 misli həcmində 477 min manat vəsait ödənilib.

Əlavə ödəmələr alanlar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasının yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən işçiləridir.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 160 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində 280 min manat vəsait ödənilib. Onlar bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçiləridir.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1072 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 530 min manat vəsait ödənilib. Onlar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzlərinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorları və digər işçiləridir.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilən iş vaxtına mütənasib olaraq ödənilib.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
Son xəbərlər
Bütün xəbərlər »