Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In yandırıb öldürdükləri vətəndaşa görə Cənubi Koreyadan üzr istədi

Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Cənubi Koreya vətəndaşının öldürülməsinə görə rəsmi Seuldan üzr istəyib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “NK News” yayıb.

Rəsmi Pxenyanın məlumatında bu hadisəyə görə təəssüf hiss keçirildiyi vurğulanıb.

Qeyd edək ki, bu həftənin əvvəlində Cənubi Koreyanın Balıqçılıq Departamentinin əməkdaşı KXDR hərbçiləri tərəfindən tutulub və daha sonra öldürülüb.

Rəsmi Seul vətəndaşının Şimali Koreyada “koronavirusla mübarizə çərçivəsində” yandırılaraq öldürüldüyünü açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »