Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

Koronavirus pandemiyası dünyadakı vəziyyəti kökündən dəyişib, nəticədə yeni reallıqlar meydana gəlib. İlkin olaraq virusun inkişafda olan ölkələrə təsir edəcəyi gözlənilirdi.

Bizimyol.info xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında bildirib.

Lakin pandemiya inkişaf etmiş ölkələrə də ciddi təsir edib. Bu, virusun sərhəd tanımadığını bir daha sübut edir. Biz pandemiyanın öhdəsindən yalnız qarşılıqlı dəstək və birgə səylərlə gələ bilərik.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atmışdır. Azərbaycan tərəfindən Minilliyin İnkişaf Məqsədlərinə nail olunması və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində əldə edilmiş tərəqqi ona pandemiya ilə səmərəli mübarizə aparmağa imkan verib. Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib və yenidən qurulub, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilmiş və ya əsaslı təmir edilib. Görülmüş tədbirlər nəticəsində ölkədə COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Prezident işğaldan azad olunan ərazilərimiz barədə xəbər paylaşıb
Son xəbərlər
Bütün xəbərlər »