Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nobel mükafatının məbləği artırıldı

Bundan sonra Nobel mükafatına layiq görülənlər 1 milyon İsveç kronu çox qazanacaq. Nobel Fondunun direktorlar şurası məbləği artırmaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, 2020-ci ildən mükafatçıların hər birinə 10 milyon İsveç kronu veriləcək. Yəni təxminən 1.1 milyon dollar qazanmaqdan danışılır. Buna qədər Nobel mükafatı alan avtomatik milyonçu ola bilmirdi. Nobel Fondunun direktorlar şurasının açıqlamasında son illər qurumun maliyyə dayaqlarının möhkəmləndiyi bildirilir. Buna görə də mükafatın məbləğini artırmaq mümkün olub. 2012-ci ildə fondun büdcəsi 3 milyard İsveç kronu idi. İndi isə rəqəm 4.6 milyard krona çatıb.

Fondun icraçı direktoru Lars Heykensten deyib ki, məbləğin artmasından məmnundurlar: “Fondun ambisiyaları ondan ibarətdir ki, gələcəkdə mükafatın məbləği cəmiyyətdə gəlir artımına uyğun olsun”.

Alfred Nobel Alfred Nobel

Bu il mükafatlar sahibini oktyabrın 10-da – Alfred Nobelin ölüm günündə tapacaq. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin də qalib olmaq şansı var.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Aram Qabrelyanov Koçaryanın qalib gəldiyini açıqladı
››› Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İyunun 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »