Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya 14 günlük karantin rejimini bərpa edir

Böyük Britaniya hökuməti ölkəyə daxil olan şəxslərə tətbiq edilən karantin rejiminə yenidən dəyişikliklər edib.

“Report” xəbər verir ki, dəyişikliklərə əsasən Danimarka, İslandiya, Slovakiya və Karib dənizində yerləşən Kyurasao adasından ölkəyə gələn şəxslərə14 günlük karantin rejimi tətbiq olunacaq.

Krallığın Nəqliyyat və Xarici İşlər Nazirliklərinin yayımladığı birgə bəyanatda deyilir ki, qərar şənbə günü saat 04:00-dan (Bakı vaxtı ilə 07:00) qüvvəyə minir.

Bununla da Böyük Britaniya pandemiyanın ikinci dalğası riskini azaltmağa çalışır. Ümumilikdə, ölkədə koronavirusa 416 363 nəfər yoluxub, onların 41 902-sinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Britaniya pandemiya zamanı sərhədlərini bağlamayan az sayda Avropa ölkələrindən biridir. Ölkəyə daxil olan turistlərə tətbiq edilən karantin rejimi yalnız 8 iyun tarixindən etibarən fəaliyyətə başladı.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış etdilər
››› Göründüyündən də böyük hadisə
››› Bayden G7 sammitində protokolu pozub
Son xəbərlər
Bütün xəbərlər »